AZ

Pioli: "İnter" belə fərqlə çempion olursa..."

"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasında "İnter"ə məğlub olduqları (1:2) görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, "Football İtalia"ya danışan mütəxəssis əzəli rəqiblərinin çempionluğu təmin etməsindən söz açıb:

"İnter" müstəsna mövsüm keçirdi və cəmi bir oyunda məğlub oldu. Onların liqanın ən güclü komandasına sahib olduğuna kimsə şübhə edə bilməz. Bizə gəlincə, həlledici oyunlarda xal itirdik, davamlılıq yox idi.

"İnter" belə fərqlə çempion olursa, deməli, digər komandaları çox üstələyirlər. Buna görə, hamımız yüksək səviyyəyə qalxmalıyıq".


"İnter" 33 turdan sonra 86 xalla liderdir. "Neradzurra" ən yaxın izləyicisi "Milan"ı 17 xal qabaqlayır.
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla