AZ

Çində sel nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənub bölgələrində yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Çinin Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qinqyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib.

İtkin düşən şəxslərin axtarışları davam edir.

Rəsmi şəxslərin verdiyi açıqlamada təbii fəlakət zamanı 48 binaya ciddi ziyan dəydiyi qeyd olunur.

Şiddətli yağışların təsirinə məruz qalan bölgələrə dəyən zərərin məbləği təxminən 19,4 milyon dollardır.

Şəbnəm Mehdizadə

Seçilən
130
38
Mənbələr
Şərh ()
Bağla