AZ

Başqa yerdə işləyərkən öz işimizi qurmaq üçün necə çalışmalıyıq?

Bir çox insanlar işlədiyi halda əlavə iş görmək və ya yeni bir iş qurmaq haqqında düşünürlər. Öz işlərinin müdiri olmaq, daha çox pul qazanmaq, daha çox uğurlu olmaq üçün öz işlərini qurmaq istəyirlər. Buna görə də həmin insanlar daha çox çalışmalı, digər insanların çəkdiyi əziyyətlərdən daha çox əziyyət çəkməlidir. Bəs işlədiyimiz halda öz işimizi qurmağı necə düşünə bilərik?

Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin liderlik üzrə tanınmış eksperti Sinan Erginin deyib ki, bunun üçün hazırda işlədiyiniz şirkətdə işçi kimi deyil, müdir kimi işləməyiniz lazımdır:

“Şirkətə əmək vermək, həqiqətən də əziyyət çəkmək lazımdır. İşlərinizi eyni zamanda görməyə çalışmalısınız. İki işi bir-birindən ayırmamalısınız. Əgər ayırsanız, məğlub olarsınız. Hətta, bəzən insanlar şəxsi həyat və iş həyatı arasında ayırım edirlər. Bu doğru yanaşma deyil. İnsanın şəxsi həyatı və iş həyatı birlikdədir. Bunlar arasında seçim etsəniz, gördüyünüz işdən həzz ala bilməzsiniz. Beynimizdə tətil və iş deyə bir şey olmalı deyil. Tətilə gedən zaman da ağlınızda iş olmalıdır, işdə də tətildəymiş kimi çalışmalısınız. Nə qədər ayrı-seçkilik edirsinizsə, o qədər narahat olarsınız və gördüyünüz iş sizə sıxıcı gəlməyə başlayar".

Ekspert onu da qeyd edib ki, işçi saat 6-da işin bitməsini və evə getməsini gözləyirsə, o işçi heç vaxt müdir ola bilməz:

“o şəxs işdən canını qurtarmağa çalışır. Bu düşüncə işçi düşüncəsidir. Həmin şəxs bir gün müdir olarsa, yenə də eyni tərzdə işləyəcək. İnsanın xarakteri öz işini yerinə yetirən zaman məlum olmaz, gördüyü işi həqiqətən yaxşı görməyə çalışdığı zaman məlum olar. Yəni, siz işlədiyiniz yerdə sadəcə zaman doldurmağa, vaxt ötürməyə deyil, işə dəstək olmağa çalışmalısınız. İşdədiyiniz şirkətdə uğurlu ola bilməsəniz, öz işinizdə heç vaxt uğurlu ola bilməzsiniz. İşlədiyiniz yerdə ulduz kimi parlamağınız lazımdır, gördüyünüz işi ən yaxşı şəkildə görməlisiniz”.

Əvəz Həsənov

Seçilən
107
50
Mənbələr
Şərh ()
Bağla