AZ

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Birinci

Bakı, 23 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7129,3 milyon kilovat-saat, ixrac 360,3 milyon kilovat-saat, idxal 44,3 milyon kilovat-saat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.

“Yanvar-mart aylarında İES-lər üzrə 6519,2 milyon kilovat-saat, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 241,5 milyon kilovat-saat artımla 610,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib”, - deyə nazir qeyd edib.

 

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla