AZ

Adlı-sanlı komanda Məmmədovu 3 dəfə dilxor etdi - VİDEO

Polşa Ekstraklassada 29-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" bu dəfə də uduzub.

Turnir cədvəlinin son pillələrində qərarlaşan Lodz təmsilçisi "Lex"lə qarşılaşıb. Matç Lodz klubunun 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Meydana start heyətində çıxan millimizin müdafiəçisi sona qədər oynayıb.

"LKS Lodz" 21 xalla 17-ci pillədədir.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla