AZ

Dövlət Departamenti: “Ermənistan hərbi cinayətlərin araşdırılmasında heç bir irəliləyiş əldə etməyib”

“Ermənistan 2020-ci ildə Azərbaycanla döyüşlər nəticəsində (44 günlük müharibə) ermənidilli cinayətkarlar tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılmasında heç bir irəliləyiş əldə etməyib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Ermənistanda insan haqlarının vəziyyətinə dair illik hesabatında bildirilib.

Sənəddə deyilir ki, 2020-ci ilin payızında şiddətli döyüşlər zamanı ermənidilli cinayətkarların hərəkətlərini araşdırmaq üçün Ermənistan hökuməti tərəfindən “Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması” ittihamı ilə elə həmin ildə açılmış altı cinayət işi ilə bağlı yeni məlumat verilməyib.

Hesabatda Ermənistanda antisemitzm məsələsinə də toxunulub və yəhudi əhalisinin 500-dən 1000-ə qədər olduğunu təxmin edilən ölkənin paytaxtında yeganə sinaqoqa qarşı vandalizm aktlarına diqqət çəkilib.

“İrəvandakı yeganə sinaqoqu hədəf alan iki vandalizm hadisəsi qeydə alınıb”, - deyə sənəddə bildirilib və hökumətin bu əməlləri “yanlış antisemitizm versiyaları yaratmağa və milli siyasəti sarsıtmağa çalışan xarici aktorların” ayağına yazdığı qeyd edilib.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla