AZ

"Bank VTB Azərbaycan"ın aktivləri 6 milyon manatdan çox azalıb

"Bank VTB Azərbaycan" 2024-cü ilin yanvar-mart aylarını 2 milyon 202 min manat mənfəətlə başa vurub.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,4%, yaxud da 712 min manat azdır.
"Bank VTB Azərbaycan"ın faiz gəlirləri 7 milyon 178 min manat olub ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur. Bankın hesabat dövründə qeyri-faiz gəlirləri 2 milyon 701 min manat təşkil edib, bu isə bir il əvvələ nisbətən 90,6% çoxdur. 

Hesabat dövründə bankın faiz xərcləri 1,979 milyon manat olub, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur. "Bank VTB Azərbaycan"ın qeyri-faiz xərcləri 6,773 milyon manat təşkil edib, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% çoxdur. Bank hesabat dövründə mənfəət vergisi ödəməyib. 

Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.6% və ya 6.5 milyon manat azalaraq 243 milyon 399 min manata enib. 

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 8,9% azalaraq 150,047 milyon manata enib.

“Bank VTB Azərbaycan”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 6.6% və ya 2 milyon 297 min manat artaraq 93 milyon 352 min manat təşkil edib.

Nara

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla