AZ

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Kolumbiya

Bakı, 23 aprel, AZƏRTAC

Kolumbiya hökuməti və Milli Azadlıq Ordusu partizanları may ayında sülh danışıqlarının yeni mərhələsini keçirməklə bağlı qərar qəbul ediblər.

AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, bunu Kolumbiya hökumətinin nümayəndə heyətinin rəhbəri Vera Qrabe deyib. Onun sözlərinə görə, danışıqlar mayın 20-dən 25-dək Venesuelanın paytaxtı Karakasda baş tutacaq.

Üsyançı qrupun nümayəndə heyətinin rəhbəri Pablo Beltran “sülh naminə dialoq masası” istiqamətində səylərinə və danışıqlara ev sahibliyi etdiyinə görə Venesuela hökumətinə minnətdarlığını bildirib.

 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla