AZ

Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqla yanaşıram - BAM veteranı

Moskva. Trend:

Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqlayanaşıram.

Trend xəbərverir ki, bu barədə Baykal-Amur Magistralının (BAM) veteranı AxitQişlakayev Kremldə jurnalistlərə deyib.

"1974-cü ildə biz BAM-a gələndə bizimlə bir vaqondahəmvətənlərimiz, XVII komsomol qurultayı adına Azərbaycan dəstəsidə gedirdi. Biz o zamanlar çox mehriban yaşayırdıq. Heydər ƏliyevBAM işçilərinin problemlərinə həmişə böyük diqqətlə yanaşırdı. Bunagörə ona böyük minnətdarlıqla yanaşıram", - deyə veteranbildirib.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevinvə Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları vəişçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir.Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralıntikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müaviniolaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaqqərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüşnöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla