AZ

Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"

style='margin-bottom:10px;'>

"Roma"nın sabiq baş məşqçisi Joze Mourinyo peşəkar karyerasını yaxın zamanda başa vurmaq barədə düşünmədiyini bildirib.

QOL.az xəbər verir ki, o, “The Telegraph”a açıqlamasında deyib: “Mənim 61 yaşım var və 65 yaşımda bu işi dayandırmaq istəmirəm. Qarşıda hələ uzun karyeram var”

Portuqaliyalı mütəxəssisin son klubu 2024-cü ilin yanvarında tərk etdiyi "Roma" olub. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edib. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub. Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika” klublarını da çalışdırıb.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla