AZ

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

“Biz buradan Ermənistana müraciət etməliyik ki, Naxçıvana gediş-gəlişi bərpa etsin, sülh müqaviləsi imzalansın. Ermənistan xalqının yaxşı yaşaması qonşuları ilə yaxşı münasibətdən keçir. Düşünürəm ki, bu gün həm qonşu olan, həm də milyonlarla azərbaycanlının yaşadığı İran İslam Respublikası Azərbaycana qarşı münasibətini dəyişməlidir. Necə ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti nəticə vermir, İran da bu tip davranışlardan çəkinməlidir. İran vaxtında düz yola qayıtsa, yaxşı olar“,-millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla