AZ

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçün hansı addımlar atılmalıdır?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, gənclərin razlaşdıqları ilk çətinlikdə həyatlarına son qoyması böyük faciədir:

"Gənclərin intihar etməsi ilə bağlı mətbuatda yayılan xəbərlər hər kəsin, o cümlədən mənim də ürəyimi ağrıdır. Görünür, burada üzərində işləməli olduğumuz məsələlər var. Gənclərlə, xüsusilə də də yeniyetmələrlə psixoloji işlərə çox böyük ehtiyac var. Onlara aşılamaq lazımdır ki, həyat ali məktəblərə qəbul olunmaqla ölçülmür. Hər şey qarşıdadır. İnsanın həyatda uğurları da olar, uğursuzluqları da.Sabah onları sevindirəcək, uğurlarını təsdiqləyəcək kifayyət qədər variantlar var. Təəssüf ki, bu gün gənclərimizi ancaq ali məktəblərə qəbula motivasiya edirik. Onlar həyatın digər sahələri barədə az məlumatlı olurlar. Hesab edirəm ki, bu məsələdə tək ailə günahkar deyil. Hər birimiz bu istiqamətdə işlər görməliyik. Ailə, məktəb, cəmiyyətin ayrı-ayrı strukturları və kütləvi informasiya vasitələri gənclərin yanında olmalıdır. Həyatın gözəl olduğunu və onların sabah valideynləri üçün dayaq olacağını onlara demək lazımdır".

Deputat vurğulayıb ki, bu gün hər bir valideyn övladının ali təhsil alıb yaxşı bir işlə təmin olunmasını istəyir:

"Bəzən valideynlər övladlarını hansı sahədə işləmək istədiyini belə soruşmur, onların adından qərarlar verirlər. Uşağın düşdüyü mühit, ətrafındakı insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Bu gün bəzi valideynlər uşaqla düzgün davranmağı bacarmır. Amma gənclərin intiharında tək valideynlər günahkar deyil. Bu cür hadisələrdə valideynlə yanaşı cəmiyyətdə günahkardır. Cəmiyyət olaraq diqqətli olmaq lazımdır. Düşünürəm ki, yalnız kompleks tədbirlər görməklə abituriyent intiharlarının qarşısını ala bilərik".

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla