AZ

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Cari

Bakı, 23 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 8,1 faiz azalaraq 7 milyard 129,3 milyon kilovat-saat olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, rüb ərzində elektrik enerjisi istehsalı İES-lərdə 6 milyard 519,2 milyon kilovat-saat, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 161,5 milyon kilovat-saat artımla 439,3 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,0 milyon kilovat-saat artımla 170,8 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 14,3 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 89,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 67,0 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 371,0 milyon kilovat-saat (İES-lərdə 5 milyard 951,0 milyon kilovat-saat, SES-lərdə 420,0 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 92,1 milyon kilovat-saat (İES-lərdə 64,5 milyon kilovat-saat, SES-lərdə 15,4 milyon kilovat-saat, Günəş ES-də 12,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 9,5 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 656,7 milyon kilovat-saat təşkil edib.

Rüb ərzində elektrik enerjisinin idxalı 1,4 dəfə artaraq 44,3 milyon kilovat-saat, ixracı isə 3,4 dəfə azalaraq 360,3 milyon kilovat-saat olub.

Qeyd edək ki, bu ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 5,3 faiz azalaraq 2 milyard 442,9 milyon kilovat-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 1,1 dəfə artaraq 11,8 milyon kilovat-saat, ixracı isə 2,8 dəfə azalaraq 139,8 milyon kilovat-saat təşkil edib.

 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla