AZ

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

BAM-ın

Bakı, 23 aprel, AZƏRTAC

Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dönəmdə tikintisi geniş vüsət alan Baykal-Amur Magistralının 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edildi və stansiyanın ətrafında eyniadlı qəsəbə salınmağa başladı. Qəsəbənin tikintisinə 1975-ci ildən başlanılmışdı. Həmin ilin martında helikopterlə Ulkan qəsəbəsinə gəldik. O vaxtdan 1998-ci ilədək orada işləmişəm, bununla bərabər, Ulkan və Anqoya qəsəbələrinin tikintisinə rəhbərlik etmişəm.

AZƏRTAC xəbər verir ki, bunu Moskvada jurnalistlərə açıqlamasında Baykal-Amur Magistralının tikintisində çalışmış Nurməmməd Cavadov söyləyib.

Nurməmməd Cavadov o vaxt Ulu Öndər Heydər Əliyevin qəsəbənin tikintisi ilə tanış olmağa gəldiyini bildirərək deyib: “O vaxtlar qəsəbəyə Azərbaycandan artistlər, idmançılar gəlirdilər. Buna görə də biz Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla