AZ

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Rusiya

Bakı, 23 aprel, AZƏRTAC

Şimal-Cənub Nəqliyyat Dəhlizinin yükdaşıma imkanı 60-100 milyon tona qədər arta bilər.

AZƏRTAC Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Rusiyanın nəqliyyat naziri Vitali Savelev deyib.

“Yaxın perspektivdə dəhlizlə yükdaşıma 7 milyon tondan 15 milyon tona çatacaq. Gələcəkdə isə bu, mərhələli şəklidə tədricən artacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin 162 kilometrlik Rəşt-Astara hissəsini İranla birlikdə inşa edəcəyik. Bu layihəni 2027-2028-ci ildə yekunlaşdırmağı düşünürük. Azərbaycan maşrutun öz ərazisindən keçən hissəsini yaxşılaşdırır ki, bu da ildə 7 milyon ton yük daşınmasına imkan verir”, - deyə nazir nəzərə çatdırıb.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla