AZ

Rusiyada kitabları senzuradan keçirən orqan yaradılıb

Rusiyada çap və elektron kitab nəşrlərinin qanuna uyğunluğunun qiymətləndirilməsi üçün ekspert mərkəzi açılıb.

Azpost.info xəbər verir ki, təşkilatdan “Vedomosti”yə verilən məlumata görə, mərkəz Rusiya Kitab İttifaqının bazasında işə başlayıb.

Mərkəzə “Roskomnadzor”, Rusiya Tarix Cəmiyyəti, Rusiya Hərbi Tarix Cəmiyyəti, Rus Pravoslav Kilsəsi, Rusiya Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudi İcmaları Federasiyası, Rusiya Hüquqşünaslar Assosiasiyası, Rusiya Təhsil Akademiyası, A.M. Qorki adına Ədəbiyyat İnstitutu və digər müəssisə və təşkilatların nümayəndələri daxildir.

Mərkəzin yaradılması hələ 2023-cü ilin yanvarında qanunların, o cümlədən LGBT təbliğatını qadağan edən qanunun pozulması səbəbindən satışdan çıxarılmalı olan kitabları müəyyən etmək üçün müzakirə edilib.

Mərkəzin nəticələri məsləhət xarakteri daşıyır və qanun pozuntusunun aşkar edildiyi kitabın taleyi ilə bağlı son qərarı naşir verir.

Azpost.info

 

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla