AZ

Türkiyədən gətirilən mallar ucuzlaşacaq? — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki,  Türkiyədən idxal olunan mallarda  hansısa ucuzlaşma olmayacaq:



“Bu qanunun məqsədi odur ki,  azərbaycanlılar Türkiyədə işləyib pul qazandıqdan sonra həmin pulu Azərbaycana gətirəndə ikinci dəfə burada da eyni gəlir vergisini verməsinlər. Bu, malların idxalına və ixracına hər hansı bir güzəştin olmasına gətirib çıxarmır. Ona görə də heç bir ucuzlaşma gözlənilmir. Onsuz da vətəndaş Türkiyədən Azərbaycana malı onlayn gətirirsə, 300 dollara qədər heç bir vergi yoxdur. Sahibkar mal gətirdiyi zaman orada 35-36% vergi var. İkiqat vergitutmaya malların idxalı və ixracı ilə əlaqədər hər hansı bir güzəşt müəyyənləşdirilmir”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla