AZ

Pioli “İnter”in gücünü etiraf etdi

“Milan”ın baş məşqçisi derbidəki məğlubiyyəti şərh edib. Stefano Pioli “İnter”ə ev oyununda 1:2 hesablı yenilgidən çox məyusdur.

Futbolinfo.az xəbər verir ki, 0:2 hesabı lə güri düşdükdən sonra təsəlli qolunu vuran “Milan” əzəli rəqibin çempionluğu bayram etməsinə əngəl ola bilmədi: “Futbolçuları cəsarətləndirməyə çalışdım. Hər şeyi nəzərə alsaq, bu, acı verən məğlubiyyət idi. Mövsümü daha yaxşı bitirmək, futbolçulara özünəinam vermək üçün əlimdən gələni etdim. Matçdan sonra tez toparlanmalıyıq, çünki şənbə günü yenə vacib oyunumuz var”.

Pioli heç olmasa, heç-heçəyə nail ola bilmədiklərinə təəssüflənir: “İnter” layiq olduğu çempionluğu rəsmiləşdirdi. Onlar cəmi bir dəfə uduzublar, əla heyətləri var. Biz isə bəzi önəmli matçlarda xal itirdik, sabit oynaya bilmədik. “İnter”lə izləyiciləri arasında bu qədər böyük fərq onların gücündən xəbər verir”.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla