AZ

Balaəli Rəşad Dağlının doğum gününü belə qeyd etdi - Video

Meyxanaçı Balaəli Rzayev həbsxanada olan həmkarı Rəşad Dağlının ad gününü onun övladları ilə birlikdə qeyd edib.

Teleqraf.com xəbər verir ki, Balaəli Rzayev "Bu gün Rəşad qardaşımın ad günüdür. Yusif və Bətül də atasını təbrik edir. Rəşada deyirik ki, Allah sənin ömrünü uzun etsin. İnşallah gələn il azadlığa qovuşasan", - deyə təəssüratlarını bölüşüb.

Meyxanaçının oğlu Yusif isə atasını təbrik edərək "Altıncı gün bir yerdəyik", - deyə vurğulayıb.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla