AZ

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

BDU-da

Bakı, 23 aprel, AZƏRTAC

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş bugünkü kitab sərgisində Bakı Dövlət Universiteti təqribən 30-a yaxın nəşriyyatı bir araya gətirib. Təqribən biz 4 ildən çoxdur ki, 20-dən çox sərgi və festival keçirmişik. Lakin bugünkü kitab sərgisi bir ilkdir ki, əksər nəşriyyatlar bir araya toplanıb.

Bu sözləri AZƏRTAC-a açılamasında “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Şəmil Sadıq söyləyib.

"Düşünürəm ki, bu addımla tələbələri kitaba bir pillə də yaxınlaşdırdıq. Çünki bu sərgidəki kitablar müəyyən güzəştlərlə təqdim olunur. Müəlliflər, naşirlər, yazarlar elə özləri stendlərdə duraraq kitabları haqqında oxuculara məlumat verirlər", - deyə Ş. Sadiq bildirib.

"Fikrimcə, ölkəmizin işıqlı sabahı üçün kitabların təbliğatı vacibdir. Çünki kitabı tanıyan, oxuyan, onunla baş-başa qalan insan intellektli, mədəni, dünyagörüşlü olur. Ölkəsini, Vətənini, millətini sevə bilir, dəyərlərə sahib çıxa bilir. Kitab bir dəyərdir və bu dəyərə bağlı olaraq Bakı Dövlət Universiteti və “Azərbaycan Nəşriyyatlar Assosiasiyası”nın birgə təşkilatçılığı ilə böyük bir hadisəyə imza atıldı. Bütün universitetlərimizi bu addımın davam etdirilməsinə çağırıram",- deyə sədr bildirib.

O bildirib ki, “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” bugünkü məzmunda sərgini may ayının 11-12-də Naxçıvan Dövlət Universitetində də təşkil edəcək.

 

 

Seçilən
78
15
Mənbələr
Şərh ()
Bağla