AZ

Müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb – İranın səfiri

“Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı olmayıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib.

“Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli olsa da, soyqırımı deyildi. Qərb dövlətləri həmin hadisələri soyqırımı adlandırmaqla öz məqsədlərini güdürlər” – deyə, səfir qeyd edib.

Məlumata görə, İran səfirinin bu çıxışı sosial şəbəkələrdə etiraz dalğasına səbəb olub və İranın Serbiyadakı səfirliyi məsələyə haqq qazandırmağa məcbur olub.

Qeyd edək ki, Həm Serbiya, həm də İran Rusiyanın yaxın müttəfiqləridir və son vaxtlar Seriya Bosniya və Kosovanın serblər yaşadığı ərazilərlə bağlı Avropa İttifaqı, ABŞ və NATO ilə ciddi mübahisələrə qarışıb. Ona görə də görünən odur ki, İran hökuməti müttəfiqini Qərb blokuna qarşı qorumaq istəyir.

Xatırladırıq ki, bu, ilk dəfə deyil ki, İran öz siyasi maraqlarına görə müsəlmanlara qarşı törədilən zülmləri inkar edir, hətta təcavüzkarı dəstəkləyir. Çində Şərqi Türküstan, Rusiyada Çeçenistan, Azərbaycanda Qarabağı buna misal göstərmək olar.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla