AZ

"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov

 
"Ukrayna hələ də mövcuddur, onun strateji məğlubiyyətinə inanmaq üçün heç bir əsas yoxdur..."
 
"Sonuncu ən uğurlu əməliyyatımız Rusiyanın strateji bombardmançı təyyarəsinin məhv edilməsidir..."
 
Ukrayna kəşfiyyatının rəhbəri deyir ki, vəziyyət bizim üçün fəlakətli olmayacaq
 
Mayın ortalarından Ukraynanı o cümlədən cəbhədə kifayət qədər ağır vəziyyət gözləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov BBC nəşrinə müsahibəsində bəyan edib.
 
"Bizim dəyərləndirməmizə görə, yaxın zamanlarda bizi kifayət qədər ağır vəziyyət gözləyir. Lakin o, fəlakətli deyil, bunu da anlamaq lazımdır. İndi hamının danışmağa başladığı Armageddon baş verməyəcək. Lakin mayın ortalarından problemlər olacaq", - o, qeyd edib.
 
Onun sözlərinə görə, bu, o cümlədən cəbhəyə də aiddir. "Bu, kompleks yanaşmadır, çünki rusiyalılar kompleks yanaşmadan istifadə edəcək. Onlar kompleks əməliyyat keçirir. Bu barədə sizinlə uzun-uzadı danışmayaq, amma bu, ağır dövr olacaq. Haradasa mayın ortaları, iyunin əvvvəlləri belə olacaq", - Budanov qeyd edib.
 
Bunun daxili siyasi vəziyyətə də aid olub-olmayacağı barədə dəqiqləşdirici suala cavabında o, deyib: "Söhbət hər şeydən gedir".
 
Bundan əvvəlki nikbin proqnozlarla, o cümlədən USQ-nin tezliklə Krımda olacağı ilə bağlı kəşfiyyat rəhbəri deyib ki, heç vaxt səsləndirdiyi fikirlərə görə təəssüf hissi keçirmir.
 
"Mən heç vaxt keçmişə görə təəssüflənmirəm. Bəzən vəziyyət köklü surətdə kəskin dəyişir, əgər mənim şəxsən dediyim sözləri nəzərdə tutursunuzsa, o zaman bizim bölmələr Krıma daxil olub".
 
Budanovun sözlərinə görə, bunlar gerçək zamanın proqnozlarıdır, "əgər nəsə bir qədər başqa cür cərəyan edirsə, o zaman, məni bağışlayın, öz korrektivlərini edirsən".
 
O, həmçinin qeyd edib ki, Qərbin bədbin, o cümlədən Ukraynanın artıq bu il müharibə uduzacağı barədə proqnozlarına  münasibət bildirmir. "Belə bədbin ovqatın, ümumiyyətlə, mənası varmı?" sualına o, belə cavab verib:
 
"Bura baxın, əgər biz işlənib hazırlanan ssenarilərdən danışırıqsa, onlar bir tərəf üçün müsbət, digər tərəf üçün mənfi ola bilər. Ukraynanın strateji məğlubiyyətinə inanmaq üçün əsaslar yoxdur.
 
Bəli, hər şeyin pis olacağını desək, aydındır ki, nəticə də pis olacaq. Lakin dəyişikliklərin yaxşılığa doğru gedəcəyini güman etməyə əsaslar hələ də var".
 
Cəbhədə problemlərin olduğunu etiraf edərək, o, vurğulayıb ki, bu problemlər bu gün, bir ay öncə və hətta üç ay öncə meydana çıxmayıb.
 
"Bu, üzləşdiyimiz sistemli problemdir. Bununla birlikdə, yadda saxlamaq lazımdır ki, Ukrayna hələ 
də mövcuddur", - Budanov  qeyd edib.
 
Baş Kəşfiyyat İdarəsinin Rusiyaya qarşı əməliyyatları
 
Xəbər verildiyi kimi, Ukrayna MN Baş Kəşfiyyat İdarəsi digər müdafiə qüvvələri ilə birgə daima həm Ukraynanın işğal edilmiş ərazilərində, həm də təcavüzkar ölkənin ərazisində düşmən qüvvələrinin məhv edilməsi üzrə əməliyyatlar keçirir. 
 
Sonunu səs-küylü əməliyyatlardan biri "Tу-22М3" strateji bombardmançı təyyarənin məhv edilməsi olub. USQ Hava Qüvvələrinin komandanı Nilolay Oleşşuk məlumat verib ki, ukraynalı müdafiəçilər müharibə müddətində ilk dəfə olaraq Rusiyanın növbəti dəfə Ukrayna şəhərlərini raket hücumuna məruz qoyduğu zaman döyüş tapşırıqlarını icra edərkən Rusiyanın bombardmançı təyyarəsini məhv edib.
 
Budanov deyib ki, təyyarə bir həftə ərzində müşahidə edilib. Onun sözlərinə görə, təyyarə 307 km məsafədən C-200 sovet zenit-raket kompleksi ilə məhv edilib.
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla