AZ

Bu ölkədə rus dilinin tədrisi qadağan EDİLDİ

Latviya hökuməti 2026-cı ildən başlayaraq məktəblərdə rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən imtina etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb

Bildirilib ki,  2025-ci il sentyabrın 1-dən əvvəl onu ikinci xarici dil kimi seçən məktəblilər məktəb kurikulumunun sonuna qədər bu dili öyrənə biləcəklər. Portal xəbər verir ki, daha sonra tələbələrə rus dili əvəzinə Avropa İttifaqı, Avrozona ölkələrinin rəsmi dilləri və ya təhsillə bağlı hökumətlərarası sazişlərlə tənzimlənən xarici dil təklif olunacaq.

Turan İSMAYIL

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla