AZ

“Çox tez baş verəcək, yaxın günlərdə bitəcək” - Petrosyan

Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndləri tezliklə Azərbaycana təhvil veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu sözügedən kəndlərin ətrafındakı yaşayış məntəqələrində (Tavuş vilayəti) olan Ermənistanın müxalif “Demokratik Birləşmə” Partiyasının sədri Suren Petrosyan deyib.

“Dünən baş nazirin müavini Mqer Qriqoryanla görüşdə Tavuş kəndlərinin başçılarına bildirildi ki, heç nə dəyişməyəcək. Yəni tam təhvil veriləcək, mərhələ-mərhələ, amma çox tez, günlər, həftələr ərzində”, - partiya sədri vurğulayıb.

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclasında 4 kəndin ölkəmizə təhvil verilməsi razılaşdırılıb. Qərardan narazı olan ətraf kəndlərin sakinləri etiraz aksiyasına başlayıblar. Erməniləri qızışdıranlardan biri elə Suren Petrosyandır. Bu baxımdan, erməni kilsəsi və cinayətkar “Qarabağ klanı”nın nümayəndələri də öz fəallıqları ilə seçilirlər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla