AZ

"Neftçi" onunla razılaşdı - ilinə bu qədər qazanacaq

"Qəbələ"nin futbolçusu Emil Səfərov yeni mövsümdən "Neftçi"nin formasını geyinəcək.

"FutbolPress"in əldə etdiyi məlumata görə, "ağ-qaralar" gənc oyunçunu illik 150 min dollar maaşa razı qalıb. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir. "Neftçi"nin Səfərovla iki illik müqavilə imzalayacağı gözlənilir.

"Qəbələ"nin yetirməsi olan Emil bu mövsüm 30 oyunda 1 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla