AZ

Ruslar qəbiristanlığın qarşısında naməlum obyekt görüblər

Volqoqrad vilayətinin Alekseyevski rayonunda yerli sakinlər Reçenski kəndindəki qəbiristanlıqla üzbəüz düşmüş naməlum uçan obyekt görüblər. Regional hakimiyyət orqanları hələlik vəziyyəti şərh etməyiblər.

Herbiand.az bildirir ki, bu barədə V1.ru portalı məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, obyektin tapılması bir gün əvvəl səhər məlum olub. Bəziləri polisin hadisə yerinə gəldiyini iddia edib.

“Dron Reçenskoye qəbiristanlığının qarşısına düşüb. Polis onu qoruyur. Hansı səbəbdən düşüb, hələ bilmirlər. Mən gümüş boru gördüm. Polis bunun raket növü olduğunu söylədi”, - hadisə şahidlərindən biri sosial şəbəkələrdə paylaşıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla