AZ

Məşhur aktrisa ƏCNƏBİ SERİALDA: Qonorarının məbləği barədə nələri dedi…

Uzun müddətdir ekranlardan uzaq düşən sevilən aktrisa, Əməkdar artist Suğra Bağırzadə Rusiyanın istehsalı olan çoxseriyalı filmdə rol alıb.

Yenicag.az-a açıqlama verən aktrisa çəkilişlərin Türkiyədə aparıldığını bildirib:

“Rusiyanın istehsalı olan bir seriala dəvət aldım. Əvvəlcə filmin ssenarisini istədim və ssenarini mənə göndərdilər. Oxuyandan sonra təklifi qəbul etdim. Baxdım ki, mənə uyğun, maraqlı bir obrazdır. Türkiyədə yaşayan azərbaycanlı qadın obrazıdır. Çəkilişlər Türkiyədə aparıldı. 8 seriyalıq bir filmdə Asiya rolunu canlandırdım. Çəkilişlər bir ay müddətində davam etdi”.

Aktrisa aldığı qonorardan da razı qaldığını bildirib:

“Yüksək səviyyədə peşəkarlıqla ərsəyə gətirilən bir serialdır. Çox bəyəndim, çəkilişlərdə yüksək əhval-ruhiyyə ilə iştirak etdim. Mənə qarşı çox diqqətlə davrandılar. Çəkiliş meydançasına özləri apardılar, özləri gətirdilər, çox razı qaldım. Qonorar da Azərbaycanla müqayisədə çox-çox yüksək idi və məni artıqlaması ilə qane etdi. Film hələ ki, ekranlara çıxmayıb. Serial Rusiyanın “Rossiya1” kanalında nümayiş olunacaq”.

S.Bağırzadə maraqlı film olacağı təqdirdə, çəkiləcəyini bildirib:

“Fərqi yoxdur, istər Azərbaycan, istərsə də digər ölkələrdən maraqlı təkliflər alsam, razılıq verəcəm. Amma sənətin və yaşın elə mərhələsindəyəm ki, hər təklifə razılıq vermirəm. Təbii ki, seçim edirəm və özümə layiq, uyğun bildiyim keyfiyyətli filmlərdə çəkilməkdən imtina etmirəm”.

Cəvahir

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla