AZ

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

İsveçrə ölkədə yerləşən 13 milyard İsveçrə frankı (14,3 milyard dollar), o cümlədən Rusiya Mərkəzi Bankının ehtiyatları və aktivlərindəki 7 milyard frankdan çox Rusiya aktivini dondurub. 

Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) məlumatlarına istinadən yazıb.

2023-cü ilin sonunda İsveçrə səlahiyyətliləri öz araşdırmaları və banklarla bağlı dəqiqləşdirmələr çərçivəsində əlavə 580 milyon frank maliyyə aktivi və daha iki daşınmaz əmlakı bloklayıblar. Ümumilikdə 17 mülk, o cümlədən dəbdəbəli avtomobillər, sənət əsərləri və mebellər müsadirə edilib.

"Rusiya Mərkəzi Bankının bloklanmış ehtiyatları və aktivləri barədə rüblük hesabat vermək öhdəliyi qalacaq", deyə SECO bildirib.

Ukraynada münaqişənin başlanmasından sonra İsveçrənin Aİ-nin anti-Rusiya sanksiyalarına qoşulması onun ənənəvi neytrallığı ilə kəskin qırılma olduğunu göstərib. Nəşr yazır ki, daxili arenada bu addım mübahisələrə səbəb olub.

Fəallar ölkənin neytrallığı ilə bağlı referendum keçirmək üçün kifayət qədər imza toplayıblar. Onlar bu statusu konstitusiyada təsbit etmək və hərbiləşdirilməmiş məcburi tədbirlərdə, o cümlədən sanksiyalarda iştirakını qadağan etmək istəyirlər.

"Heç bir ciddi dəyişiklik olacağını təsəvvür edə bilmirəm. Bloklanmış aktivlərin əsas hissəsi artıq iki ildir ki, hərəkətsiz qalıb", deyə SECO-nun sanksiyalar departamentinin rəhbəri Saymon Pluss mətbuat konfransında bildirib.

2023-cü ilin sonunda bloklanmış şəxsi aktivlər 5,8 milyard frank təşkil edib.

Paşa Məmmədli


 

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla