AZ

Nazilə Səfərli tısbağasını evləndirmək üçün elan verdi

Xına və toy mərasimlərinin aparıcısı, şairə Nazilə Səfərli tısbağası üçün elan verib.

Publika.az xəbər verir ki, o, "İnstaqram"da tısbağasının videosunu paylaşıb və onu 6 il əvvəl Qəbələdə yoldan tapdığını bildirib.

"Artıq 5-6 ildir ki, bu tısbağa bizdə yaşayır. Gedir gizlənir, özünə yer qazıb. İndi vicdan əzabı yaşayıram, nə bunu buradan çölə ata bilirəm, yola sala bilirəm ki, getsin özünə tay tutsun. Nə də bilmirəm ki, bu, erkəkdi, ya dişi. İstəyirəm ki, bunu evləndirim. Kimin tısbağası varsa, gəlin qohum olaq", - Nazilə Səfərli qeyd edib.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla