AZ

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Şabranda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İskəndər Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, hadisə Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, İskəndər Məlikov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə yolu keçmək istəyən Şabran rayon sakini Elnur Zeynalovu vurub. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib. İ.Məlikova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla