AZ

Avropa İttifaqı Çini hədələyir

Avropa

Çin Avropa ilə yaxşı münasibətlər saxlamaq istəyirsə, Ukraynadakı müharibə fonunda Rusiyası ilə əlaqələrini yenidən nəzərdən keçirməlidir.

Reyting.az
xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin Asiya üzrə idarəedici direktoru Niklas Kvarnstrom “Bloomberg”-ə deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra Çinin Kremlə davamlı dəstəyi “böyük problemdir” və Brüssel ilə Pekin arasında gərginlik yaradır.

“Bu, bizim münasibətlərimizdə gözardı edəcəyimiz məsələ deyil. Biz geosiyasi oyunçu kimi özümüzü müdafiə etməliyik”,- o deyib.

“Bloomberg” yazır ki, Çin nəinki Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt birbaşa qınamayıb, həm də mütəmadi olaraq yüksək səviyyəli Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putinlə yüksək səviyyədə danışıqlar aparıb. Eyni zamanda Çin Rusiya ilə ticarət həcmini xeyli artırıb.

Avropa İttifaqınin narazılığının digər səbəbi əks istiqamətdə tədarüklə müqayisədə Çin ixracının Avropaya əhəmiyyətli dərəcədə çox olmasıdır.

“Ticarət balansının pozulması, əlbəttə ki, əlaqələrimizə təsir edən əsas amildir”, - deyə Kvarnstrom əlavə edib.

E. KAMAL
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla