AZ

COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya səhnəsindəki əhəmiyyətini nümayiş etdirir - Yakub Koreyba

Bakı. Trend:

COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya miqyasındaəhəmiyyətindən xəbər verir.

Bunu Trend-ə polşalı politoloq, siyasi elmlər namizədi YakubKoreyba deyib.

“Azərbaycan qlobal miqyasda tədbirlərə ev sahibliyi edir,Azərbaycanın əhəmiyyəti və nüfuzu regiondan çox-çox kənara çıxır,Azərbaycan təkcə Cənubi Qafqazın lideri deyil, həm də regiondankənarda mühüm nüfuza malikdir", - o qeyd edib.

Koreybanın fikrincə, COP29-un keçirilməsi Azərbaycanınmövqeyinin artmasından xəbər verir və bu, ölkənin özünü regionallider kimi təsdiqlədiyinin faktıdır.

“Azərbaycanda texnologiyaların inkişafı, yeni ideyaların tətbiqivə gələcəyə baxışı var. Bu təcrübə digər ölkələr və regionlar üçündə aktualdır”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu gün “COP29və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalqforumda çıxışı onda böyük təəssürat yaratdı.

"O, təkcə siyasət nöqteyi-nəzərindən deyil, həm də stratejikommunikasiya nöqteyi-nəzərindən tamamilə unikal bir liderdir.Prezident mövzunu mükəmməl mənimsəyir və aydındır ki, o,məsələlərin mahiyyətini çox dərindən araşdırır. Prezident bir neçəxarici dildə çox yaxşı danışır”, - deyə Koreyba bildirib.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədəqərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib.Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla