AZ

“Neftçi”də yol üstündə olan 12 futbolçu - SİYAHI

Növbəti dəfə mövsümü titulsuz başa vuran “Neftçi”də ciddi dəyişikliklər qaçılmazdır.

Futbolçuların əksəriyyəti ilə yollar ayrılacaq, komandaya fayda verə biləcək oyunçular dəvət olunacaq.

Bu mənada əsas diqqət klubla sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq futbolçulara yönəlir.

“Təmizləmə əməliyyatı” üçün onlarla vidalaşmaq daha asandır, nəinki müqaviləsi davam edənlərlə.

Belələrinin sayı isə kifayət qədərdir. “Neftçi”ylə anlaşması 2024-cü ilin iyununa qədər nəzərdə tutulan oyunçuların siyahısını təqdim edirik.

Aqil Məmmədov, Rza Cəfərov, Höccət Haqverdi, Azər Salahlı, Ömər Buludov, Eddi İsrafilov, Rəhman Hacıyev, Ataa Caber, Dieqo Valdez, Reziuan Mirzov, Kilan Lebon, Lukas Melano.

Mövsüm başa çatan kimi sözügedən futbolçuların əksəriyyəti ilə yollar ayrılacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla