AZ

Latviya məktəblərində rus dili tədris olunmayacaq..?

Latviya hökuməti məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisini mərhələli şəkildə dayandırmaq qərarına gəlib. Belə ki, 2026/2027-ci dərs ilindən məktəblilər rus dili keçməyəcəklər?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Latviya Nazirlər Kabinetinin saytında deyilir.

...İbtidai məktəbin sonunda ikinci xarici dil kimi rus dilinin əvəzinə bu ölkədə Avropa İttifaqı, Avropa İqtisadi Zonası (Avropa İttifaqı ölkələri, həmçinin Lixtenşteyn, İslandiya və Norveç) dillərindən birini seçə biləcəklər.

Rus dili bu məqamların altına düşmür.

2025-ci il sentyabrın 1-dən əvvəl rus dilini ikinci xarici dil kimi öyrənməyə başlayan məktəblilər orta məktəbi bitirənə qədər bu dili öyrənməyə davam edəcəklər.

Qeyd edək ki, Latviya məktəblərində ilk xarici dil həmişə ingilis dilidir.

Latviya hökuməti belə bir təşəbbüsün gənclərin Avropanın təhsil məkanına daxil olmasına töhfə verəcəyinə inanır.

Nazlı

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla