AZ

Rubialesin şikayəti əsassız sayıldı

Luis Rubiales müvafiq quruma müraciətinə mənfi cavab alıb.

"Football-plus.az" xəbər verir ki, məhkəmə onun şikayətini əsasız hesab edib.

İspaniya Milli Məhkəməsi İspaniya Kral Futbol Federasiyasının (İKFF) sabiq prezidentinin apellyasiya şikayətini rədd edib. Rubialesin ölkənin qadınlardan ibarə yığmasının DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra mükafatlandırma mərasimində futbolçu Cennifer Ermosonu öpdüyü çoxlarına məlumdu. İspaniya ictimaiyyətinin böyük təzyiqi və tənqidləri funksioneri istefaya yollanmağa vadar etmişdi. FİFA Rubialesin futbolla bağlı bütün fəaliyyətinə üç il müddətinə qadağa qoyub. Bir müddət sonra isə İspaniya prokurorluğu korrupsiya istintaqı ilə bağlı işə görə onun həbsinə order verib. Dövlət orqanı Ermosoya qarşı hərəkətinə görə sabiq funksionerin iki il yarım müddətinə həbsini də istəyib. İspaniya Milli Məhkəməsi isə Rubialesin işə yenidən baxılması ilə bağlı appeliyasiya müraciətini rədd edib.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla