AZ

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazanıb

Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq Türkiyə çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, yarışda qardaş ölkənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.

Bütün yaş kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycan avarçəkənləri 2 medal qazanıb. Əlimurad Hacızadə tək nəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə üçüncü yer tutub.

İdman.biz

Seçilən
79
8
Mənbələr
Şərh ()
Bağla