AZ

"Azersun Holdinq" işçilər axtarır - VAKANSİYALAR

Azersun Holding

Hüquqşünas

Son tarix 23 may 2024 Müraciət et

Tələblər:

  • Ali hüquq təhsilli olmalı;
  • Müvafiq sahə üzrə 3 ilə qədər iş təcrübəsi olmalı;
  • AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməli;
  • İngilis dili biliyi yüksək olmalı ( rus dili üstünlükdür) ;
  • Məhkəmə sahəsində nəzəri və praktik biliklərə malik olmalı;
  • Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
  • Miqrasiya məcəlləsini mükkəməl bilməli.

İş haqqında məlumat: 

  • “Azərsun Holdinq” MMC və ona daxil olan törəmə müəssisələrin hüquq və mənafelərinin qorunması üçün pretenziya məktubları, mediasiya təklifləri, mediasiya müraciəti, iddia ərizələri, apellyasiya şikayəti, kassasiya şikayəti, iddia ərizələrinə, apellyasiya və kassasiya şikayətinə əsaslandırılmış etirazlar, vəsatətlər, ərizələr, şikayətlər, izahatlar, arayışlar və s. digər prosessual sənədlər hazırlamaq;
  • Məhkəmə perspektivi üzrə yazılı rəy vermək Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Azərsun Holdinq MMC və onun törəmə müəssisələrinin hüquq və qanuni mənafelərinə uyğun müxtəlif növ təsərrüfat müqavilələri (alqı-satqı, xidmət, podrat, icarə, borc, distributor, agent, birgə fəaliyyət, qarışıq müqavilələr, kollektiv müqavilələr, əlavə razılaşmalar, icra aktları, təhvil-təslim aktları və s.) hazırlamaq və Azərsun Holdinq MMC və onun törəmə müəssisələri adından müqavilə danışıqlarını aparan şəxslərə təqdim etmək;
  • Müqavilənin digər tərəfinin hazırladığı müqavilələrin hüquqi uyğunluğunu yoxlamaq, bu barədə əsaslandırılmış hüquqi rəy vermək; 
  • Azərbaycan Respublikası, MDB ölkələri və digər ölkələrin ərazisində Azərsun Holdinq MMC və digər törəmə müəssisələrin yaratdığı əmtəə nişanlarını, sənaye nümunələrini, ixtiraları və s. digər hüquqları dövlət qeydiyyatına almaq, dövlət qeydiyyatına alınmış hüquqların müddətini uzatmaq və dəyişiklikləri (adı, ünvan dəyişikliyi və s.) qeydiyyata almaq, hüquqların üçüncü şəxslərə ötürülməsini təmin etmək, dövlət qeydiyyatına alınmasından imtina edilmiş hüquqların dövlət qeydiyyatına alınması üçün Apellyasiya Şurasına yazılı etiraz və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək;
  • Cəmiyyətin və törəmə müəsissələrin fəaliyyətində ortaya çıxmış mübahisəli hüquqi məsələlərə dair rəylərin, dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək, Azərsun Akademiyasında hüququn müxtəlif sahələri üzrə təlim və seminar vermək; 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.

 

Çağrı mərkəzi koordinatoru

 Son tarix 23 may 2024 Müraciət et

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;

Vəzifə öhdəlikləri:

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
  • Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
  • Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
  • Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
  • Hər hansı dərman prepararatı müştərinin yaxınlaşdığı aptekdə yoxdursa digər apteklərlə əlaqə saxlamaq, dərmanın olduğu apteki müəyyənləşdirmək və müştəriyə məlumat vermək;
  • Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən razı olub-olmadıqları barədə məlumatın almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
  • Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
  • Müştəri məmnumiyyəti ilə bağlı hesabatları hazırlamaq;
  • Öz səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinə fəaliyyət prosesində aşkar olunmuş çatışmazlıqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün təklifləri hazırlamaq.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Çağrı mərkəzi koordinatoru" qeyd etməyiniz xahiş olunur.

 

Şəbəkə montajı üzrə mütəxəssis

 Son tarix 23 may 2024 Müraciət et

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2 il  iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • RadioRabitə cihazlarının texniki xarakteristikaları bilməli, əsas təşkil edən avadanlıqların iş rejimini, komplektasiyasını və texniki istismar qaydalarını bilməlidir;
  • Texniki-istismar qaydalarını, rabitə xətlərinin mühafizəsi və mühafizə zonalarında işlərin istehsalat şəraitini bilməli;
  • Kabellərdə, paylayıcı və son qurğularda cütlərin nömrələnməsini, telefon quyuları və şaxtalarının qazla dolmasının yoxlanmasını və qaz analizatorlarından istifadə qaydalarını bilməlidir;
  • Əməyin mühafizəsi normalari, təhlükəsizlik qaydaları, istehsalat sanitariyası ve yanğına qarşi qanunları bilməlidir.

İş haqqında məlumat: 

  • Şəbəkə avadanlıqlarının istisamarı istiqamətində və təkmilləşdirməsində üzərinə düşən işlərinin görülməsi;
  • Müəssisənin rabitəsinin texniki istismarını düzgün və kəsintisiz  təmin etməli;
  • Şirkət daxilində tətbiq edilən, əmək mühafizəsi, təhlükəsizlik qaydaları, yanğın əleyhinə və s. qaydaları bilməli;
  • Yeni və yerini dəyişən personallar üçün iş yerinin şəbəkə infrastrukturunu hazırlamalıdır;
  • Vaxtı-vaxtında keyfiyyətli təmir işlərinin görülməsi istiqamətində ölçü götürməli;
  • Şəbəkə cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz etməli;
  • İstismara yeni verilmiş avadanlığın iş prinsipinə dair dərslərdə iştirak etməli;
  • Texniki sənədlər üzrə kabel magistralının yerinin təyini. Kabel magistrallarının zədələnmələrdən qorunması və texniki nəzarət;
  • Vaxtı vaxtında avadanlıqlara, ehtiyyat hissələrinə,iş alətlərinə, istismar cihazlarına və sərf edilən materialların tələbini etməli;
  • Zədələnmə yerlərinin müəyyən edilməsi və aradan qaldırılması, kabellərin korroziyadan və elektromaqnit təsirlərindən qorunması, elektrik ölçülərinin aparılması, kabelaxtarıcı ilə kabel magistrallarının müəyyən edilməsi işlərində iştirak edilməsi;
  • Server əməliyyat sistemlərindən anlayışı olmalı, xidmət olunan sahələrdə avadanlıqlarda və nəzarət sınaq aparaturalarında baş vermiş qəza zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması, bütün növ avadanlıqların cari təmiri və sazlanması;
  • Xidmət göstərən personallarda yaranmış müxtəlif zədələrin aradan qaldırılması istiqamətində kömək göstərməli,Şirkət strukturunu, onun birimləri arasındakı əməliyyat və funksional bağlılığı bilməli;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Şəbəkə montajı üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Beynəlxalq Logistika üzrə Mütəxəssis

 Son tarix 23 may 2024 Müraciət et

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə);
  • Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
  • Microsoft Office proqramları;
  • Sahəsində minimum 3 il iş təcrübəsi;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
  • Hesabat hazırlama bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
  • Xarici idxal/ixrac qanunvericiliyini bilmək;

Vəzifə Öhdəlikləri:

  • Beynəlxalq Logistika işinin təşkili və idarə edilməsi; 
  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində  xarici əlaqələrin təşkili;
  • Beynəlxalq yüklərin daşınmasına nəzarət etmək və optimal nəqliyyat şirkətlərinin seçilməsini təmin etmək;
  • Beynəlxalq bazar araşdırmasını təşkil etmək, təchizatçılarla görüşmək;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə uzunmüddətli əlaqələrin yaradılması;
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
  • Görülən işlərin hesabatını hazırlamaq, sığorta və daşınma xərclərinin ödənişə verilməsi və təqibini aparmaq.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri: Bakı

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Beynəlxalq logistika üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Marketinq mütəxəssisi (Yem)

 Son tarix 22 may 2024 Müraciət et

Müəssisə: QIDA -AGRO MMC

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və s.);
  • Müvafiq sahədə minumum 1 il təcrübəsi olmalı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı;
  • Dil biliklərinin olması üstünlükdür;
  • Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.

İş haqqında:

  • Məhsulun qablaşdırılması,reklamının məhsul-marka bütünlüyünə uyğun olmasını təmin etmək;
  • Mövcud məhsulların yenilənməsi ilə bağlı marketinq çalışmalarını etmək;
  • Məhsul-markanın hüquqi prosedurları üzrə uyğun marketinq fəaliyyətini həyata keçirmək;
  • Məhsulların illik büdcəsini və planlamadan gələn satış tablolarını analiz etmək;
  • Məhsul Qrupunun mallarını araşdırmaq, xaricdə təmsil etmək və təqdim etmək;
  • Rəqib bazarı incələmək və onlara uyğun yeni məhsulları inkişaf etdirmək;
  • Respublika üzrə heyvandarlıq ve quşçuluq təsərrüfatları haqqında məlumatlı olmaq;
  • Təsərrüfat rəhbərləri ilə marketinq sahəsində iş aparmaq;
  • Müvafiq hesabatları üst rəhbərliyə təqdim etmək və statistikalar aparmaq.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00

İş yeri:

  • Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Marketinq mütəxəssisi (Yem)" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

 

Layihə müdiri

 Son tarix 22 may 2024 Müraciət et

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə minumum 3-5 il təcrübəsi olmalı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı;
  • Dil biliklərinin olması üstünlükdür;
  • Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.

İş barədə məlumat:

  • Layihələrin həyata keçirilməsinə birbaşa nəzarət və rəhbərlik;
  • Layihələndirmə (soyutma, havalandırma və isitmə mühəndisliyi üzrə); - Layihənin smetalarının düzgün hazırlanmasına nəzarət və birbaşa rəhbərlik;
  • Şirkətin bütün tikinti obyektləri tərəfindən işlərin müvafiq qaydada təsdiq edilmiş qrafiklərə riayət edilməklə yerinə yetirilməsinə - nəzarət etmək, zərurət yarandıqda bilavasitə təmin etmək;
  • Yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsini, vaxtında və keyfiyyətli yerinə yetirilməsinnə nəzarət;
  • Mühəndislərin işinə nəzarət və hesabatlılıq;
  • Layihələndirmə ilə bağlı görüşlərə nəzarət və iştirak;

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə " Layihələr üzrə Şöbə müdiri " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla