AZ

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib.

BiG.AZ xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib.

Hakim Josefina Miro Quesada bildirib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb.

Belə ki, degenerativ xəstəlikdən əziyyət çəkən şəxs ölkə tarixində ilk dəfə evtanaziya edilib.


BiG.Az
Seçilən
57
9
Mənbələr
Şərh ()
Bağla