Bakı. Trend:
ABŞ İrandan dörd nəfər və iki şirkət əlavə edərək sanksiyalarsiyahısını genişləndirib.
Trend-inməlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
Məlumata əsasən, sanksiyalar İslam İnqilabı KeşikçiləriKorpusunun (SEPAH) Kiber Komandanlığının xeyrinə zərərli kiberfəaliyyətlərə görə tətbiq edilib.
Qeyd olunub ki, bu subyektlər kiber əməliyyatlar, o cümlədənfişinq və zərərli proqram hücumları vasitəsilə ondan çox ABŞşirkətinə və dövlət qurumlarına hücum ediblər.