AZ

"Neta" ən sürətli enerji dolduran hibridi təqdim edəcək (FOTO)

Aprelin 25-də Pekin avtosalonunda "Neta" şirkəti L hibrid krossoverini təqdim edəcək.

Valyuta.az carnewschina.com-a istinadən xəbər verir ki, yerli bazarda maşın "BYD Song Plus" modeli (Avropada Seal U) ilə rəqabət aparacaq. Yeni məhsulun bestsellerə çevriləcəyi gözlənilir. Krossoverin uzunluğu 4770 mm, təkər bazası isə 2810 mm-dir.

Salonda ön paneldə multimedia sisteminin böyük düzbucaqlı monitoru var. Arxa sərnişinlər üçün ön oturacaqların arxa hissəsində qatlanan masalar var.

"Neta L" "Dongfeng"dən 1,5 litrlik 91 at gücündə benzin mühərriki və yalnız sürücülük zamanı akkumulyatoru doldurmaq üçün istifadə edilən 231 at gücündə elektrik mühərriki ilə təqdim olunacaq. Ümumi məsafə 1300 km-dir. 

"Neta"nın məlumatına görə, yeni məhsul dünyanın ən sürətli enerji dolduran hibrid avtomobili olacaq. Batareyanı 19 dəqiqə ərzində 30-dan 80%-ə qədər doldura bilərsiniz.

Paşa Məmmədli

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla