AZ

Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib

Nideriyanın xarici işlər, əməkdaşlıq və xaricdəki nigeriyalılarla iş üzrə naziri Bakari Yau Sanqare ABŞ-nin ölkədəki səfiri Ketlin Fitsqibbon ilə görüşüb. Tərəflər Amerika qoşunlarının ölkədən çıxarılmasının təfərrüatlarını müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə RTN telekanalı məlumat yayıb.

Görüşdə iştirak edən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi missiyasının rəhbəri Meraye Berron ilə Niger Xarici İşlər Nazirliyinin rəhbəri ikitərəfli əməkdaşlığı və sentyabrda müddəti başa çatan hazırkı müqaviləni əvəz edəcək yeni sazişin imzalanması perspektivlərini müzakirə edib.

Bazar günü Nigerin minlərlə vətəndaşı ölkə hakimiyyətinin Vaşinqtonla hərbi əməkdaşlıq haqqında sazişi denonsasiya etməsindən sonra Aqades şəhərində Amerika kontingentinin tezliklə çıxarılmasını tələb edərək nümayiş keçirib.

Seçilən
76
3
Mənbələr
Şərh ()
Bağla