AZ

200 milyon avroluq təklif - "Barselona"nın gənc ulduzu üçün

"Barselona"nın futbolçusu Lamin Yamal karyerasını Fransa çempionatında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, PSJ 16 yaşlı vingeri transfer etməyə çalışır.

Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Paris təmsilçisi yayda "Barselona" ilə danışıqlara başlayacaq. PSJ gənc oyunçu üçün qarşı tərəfə 200 milyon avroluq təklif göndərəcək.

Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydan çıxdığı 44 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2026-cı ilin yayında bitir.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla