AZ

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana ayrılan maddi yardımlarla bağlı qanun layihələrini TƏSDİQLƏDİ

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardımın ayrılması, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün müsadirəsinə dair qanun layihələrinin prosessual səsverməsi keçirilib.  

Bizim.Media xəbər verir ki, prosessual səsvermədən əvvəl qanun layihələri üzrə qısa müzakirələr aparılıb. 

Daha sonra Senat qanun layihələrini təqsdiqləyib. Artıq layihələr ABŞ lideri Co Baydenə imzalanması üçün təqdim ediləcək. 

Qeyd edək ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Layihələr Ukrayna üçün 60,8 milyard dollar, İsrailə 26,4 milyard dollar,  Tayvana isə 8,1 milyard dollar maddi yardımları əhatə edir.

Bizim.Media
 

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla