AZ

İtaliya Kubokunda ilk finalçı “Yuventus” oldu

Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib və ilk finalçı bəlli olub.

Arena.az xəbər verir ki, ilk finalçının adına Romada keçirilmiş “Latsio” – “Yuventus” matçında aydınlıq gəlib.

Bu komandalar arasında Turində baş tutmuş ilk oyunda meydan sahibləri 2:0 hesabıyla qalib gəlmişdilər. Cavab qarşılaşmasında da paytaxt təmsilçisi buraxılmış qolların əvəzini çıxmağı bacarıb. Amma matçın sonlarında tarazlığı pozmağı bacaran “Yuventus” ümumi hesabı xeyrinə dəyişərək finala vəsiqə qazanıb.

Digər finalçının adına sabah keçiriləcək “Atalanta” – “Fiorentina” matçında aydınlıq gələcək. Bu komandaların ilk oyununda Florensiya təmsilçisi minimal hesabla üstün olub.

Qeyd edək ki, İtaliya Kubokunda final qarşılaşması mayın 15-də keçiriləcək.

İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

Latsio – Yuventus 2:1
Qollar: Kastelyanos 12; 49 – Milik, 83.
İlk oyun – 0:2.

24 aprel

23:00. Atalanta – Fiorentina
İlk oyun – 0:1.

Seçilən
82
26
Mənbələr
Şərh ()
Bağla