AZ

"Əlil insanlara pul ayrılmasın" - Seriyalı qatilin ağlasığmaz cinayətləri

Milli.Az sferaya istinadla psixopat qatil Satoşi Uematsu barədə məlumatı təqdim edir:

19 nəfərin ölümünə və 26 nəfərin yaralanmasına səbəb olan Satoşi Uematsu qocalar evində işləyirdi və yataq xəstələrinin evtanaziya edilməsini müdafiə edirdi. Təbii ki, bunun səbəbi onlara mərhəmət deyildi, əksinə, dünyanı bu insanlardan qurtarmaq lazım olduğunu düşünürdü. Bununla bağlı səlahiyyətli şəxslərə məktub yazan və bu işə məmnuniyyətlə könüllü olacağını deyən Uematsu məktubunda 260 nəfəri öldürdükdən sonra təslim olacağını da bildirib. O, məktubda əlaqə məlumatlarını da verib.

Uematsunun guya "nəcib" məqsədi var idi, əgər bu insanlara ayrılan vəsait başqa yerlərə yönəldilsə, İkinci Dünya Müharibəsinin qarşısını almaq olardı.
Onun fikrincə, Hitlerin fəlsəfəsi düzgün fəlsəfə idi və Uematsu bunu yüksək qiymətləndirdi. Dörd ay gözləyən və planını həyata keçirən psixopatik qatil qocalar evinin qadın bölməsini hədəfə alıb və 45 nəfərin boğazından bıçaqlayıb. Yaralılardan 19-u dünyasını dəyişib. Çox xoşbəxt görünən Uematsu yaxalandıqdan sonra əlillərin yoxa çıxmasının hər kəs üçün daha yaxşı olduğunu deyib.

Milli.Az

Seçilən
84
1
Mənbələr
Şərh ()
Bağla