AZ

Həbs edilən nazir müavininin işi ilə bağlı bir neçə nəfər saxlanıldı

Rusiya müdafiə nazirinin müavini Timur İvanovla eyni vaxtda qanunsuz pul köçürmələri ilə məşğul olan daha bir neçə nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya”ya istintaqla tanış olan mənbədən məlumat verilib.

Eyni zamanda, nəşrin həmsöhbəti cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin adlarını açıqlamayıb. Digər mənbə bildirib ki, istintaq hərəkətləri böyük ehtimalla Müdafiə Nazirliyinin tikinti müqavilələrinin icrası ilə bağlıdır.

Aprelin 23-ü axşam saatlarında İvanovlar ailəsinin mülklərində axtarışlar başlayıb.

Qeyd edək ki, İvanov 2016-cı ildən Müdafiə nazirinin müavini vəzifəsində çalışırdı. O, hərbi obyektlərin tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə nəzarət edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla