AZ

Kim Çen Inın bacısı Amerikanı hədələdi

“ABŞ və müttəfiqləri təhlükə altında olacaq”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, Kim Çen Inın bacısı Kim Yo Conq bildirib.

O vurğulayıb ki, “Pxenyan hərbi gücünü gücləndirmək niyyətindədir. Bu yolda Şimali Koreyanı heç kim təhdid edə bilməz. ABŞ Yaponiya və Koreya Respublikası ilə birlikdə demək olar ki, hər həftə bizə qarşı davamlı olaraq müxtəlif hərbi təlimlər keçirir. Təkcə bu il ABŞ bu ölkələrlə birlikdə 80 dəfədən çox, Koreya isə 60 dəfədən çox hərbi təlimlər keçirib”.

“Biz suverenliyimizi və təhlükəsizliyimizi, regionda sülhü qorumaq üçün böyük və güclü hərbi güc toplamağa davam edəcəyik. Əgər Birləşmiş Ştatlar öz əlaltıları ilə millətimizin təhlükəsizliyini təhlükəsizliyini təhdid etməkdə davam edərsə, Amerika müttəfiqləri daha böyük təhlükə altında olacaq”, – o əlavə edib.

Kim Yo Conq qeyd edib ki, ABŞ və müttəfiqlərinin bəzi təlimləri “KXDR-ə qarşı nüvə müharibəsi ssenarisi” hazırlamaq məqsədi daşıyır. Onun sözlərinə görə, Koreya Respublikası KXDR-ə qarşı silahdan istifadə etməyə cəsarət etsə, dərhal məğlub olacaq.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla