AZ

Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb - BEA

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) bu il bəzi bazarlarda yavaşartım sürətinə baxmayaraq, görünməmiş qlobal zirvəyə yüksəlməsigözlənilən elektromobil və qoşulan (plug-in) hibrid avtomobilsatışlarında əhəmiyyətli yüksəliş proqnozlaşdırır.

Trend-in məlumatına görə, 2024-cü ildə 17 milyon ədədakkumulyatorlu və qoşulan hibrid nəqliyyat vasitələrinin özsahiblərini tapacağı gözlənilir. Bu rəqəm əvvəlki ilingöstəricilərindən 20 faiz çoxdur.

Rəqabətin getdikcə artdığı bir mühitdə rəqabət qabiliyyətiniqorumaq üçün elektrikli avtomobil bazarında tanınmış brend olan“Tesla” şirkəti bu yaxınlarda qiymətləri aşağı salıb. Bu stratejiaddım, şirkətin dünyanın ən böyük akkumulyatorlu elektrikliavtomobil istehsalçısı adı uğrunda mübarizədə ən yaxın rəqibi olanÇinə məxsus “BYD” şirkəti kimi ciddi rəqibləri arasında bazardadominant mövqeyini qorumağa çalışdığı üçün atılıb.

Müxtəlif ölkələrdə tələbin dəyişkən olduğunu bildirən BEArəhbəri Fatih Birol qlobal elektromobillərə (EM) keçidin hissolunan artım dinamikasını vurğulayıb.

“Qlobal elektromobil inqilabı boşa çıxmır, əksinə, yeni yüksəlişmərhələsinə qədəm qoyur”, - deyə o bildirib.

Seçilən
123
4
Mənbələr
Şərh ()
Bağla