İdman
Azərbaycan Kubokunda finalçılar bəlli olacaq (YENİLƏNİR)
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Zirə” səfərdə “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 17:00-da start veriləcək.
Günün digər matçında “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Komandalar arasındakı ilk görüşdə “atlılar” böyük hesablı qələbə qazanıb – 4:0.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunları
24 aprel
17:00 Qəbələ - Zirə
İlk oyun 1:2
20:00 Qarabağ – Neftçi
İlk oyun 4:0