AZ

Kolumbiya ABŞ-a etiraz notası göndərib

Kolumbiya hökuməti ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin insan haqlarının vəziyyəti ilə bağlı hesabatı şərh edərkən Kolumbiyada prezident seçkiləri kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı mötəbər məlumatların olduğunu bildirən bəyanatlarını tənqid edib.

Editor.az bu barədə RİA Novosti-yə istinadla xəbər verir. Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Patelin 2023-cü ildəki açıqlaması ilə bağlı ölkə hökumətinin Amerika tərəfinə etiraz notası göndərdiyi vurğulanıb. Bir neçə saat əvvəl Patel mətbuat konfransında prezident Qustavo Petronun 2022-ci il kampaniyasının maliyyələşdirilməsində iddia edilən pozuntular haqqında etibarlı məlumat kimi təsvir edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla